“Mançester Siti”nin futbolçusu Riyad Mahrez iş yerini dəyişə bilər.
Əlcəzair millisinin cinah hücumçusunun xidmətində Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu maraqlıdır. Hazırda Ər-Riyad təmsilçisi Mahrezə görə mançesterlilərə 35 milyon avro ödəməyə hazırdır. Keçid reallaşacağı halda, Mahrez Yaxın Şərqdə ilə 25 milyon avro məvacib alacaq. Xatlıadaq ki, “Əl-Əhli” artıq Premyer Liqadan “Çelsi”nin qapıçısı Eduard Mendi və “Liverpul”un hücumçusu Roberto Firminonu transfer edib.